MSK məntəqələrdə veb kameraların tətbiqini müzakirə etdi
Mərkızi Seçki Komissiyası növbəti iclasını keçidi
3 Oktyabr 2013 17:54 SiyasətMərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib. Əvvəlcə iclas protokolu təsdiq olunub. Sonra prezident seçkilərində səsvermədə aşkarlığın təmin olunması üçün veb-kameraların istifadə olunması təcrübəsinin tətbiqi məsələsinə baxıldı. Söz Natiq Məmmədova verildi. Natiq Məmmədov çıxış edərək bildirdi ki, 2008-ci ildən etibarən Azərbaycanda seçki məntəqələrində kameraların quraşdırılmasına başlanılıb: "Hazırda ölkənin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bununla seçki prosesi səhərdən axşamadək izlənilir. 119 seçki dairəsini əhatə edəcək. 6 dairə işğal altında olduğundan onları əhatə etmək mümkün olmayəb.
MSK üzvü Akif Qurbanov çıxış edərək bildirdi ki, bu sahədə bir çox problemlər var. O, təkilf etdi ki, kameralar həm də seçkidə səs verən şəxsin səsverməsini də göstəsə daha yaxşı olar. O, bildirdi ki, əsasən problem seçicinin iradəsinə təzyiq olunub-olunmamasında özünü göstərir. Kameralar prosesi sona qədər göstərsə daha yaxşı olar.
N. Məmmədov bildirdi ki, bu maraqlı olsa da, hamı tərəfindən normasl qəbul olunacağı gözlənilmir. Bu gün bu tətbiq edilsə, qanuin pozuntusu olar.
M. Pənahov hazırda kameraların bu cür kökləməyin mümkün olmadığını bildirdi.