Gənclərdən İlham Əliyevə dəstək
3 Oktyabr 2013 16:39 SiyasətSüleyman/("OLAYLAR")/ Almaniyadakı azərbaycanlı gənclər prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, "Almaniya Azərbaycanlı Gənclər Birliyi"nin yaydığı bəyanatda belə qeyd edilir. Təşkilat Avropadakı azərbaycanlı gənclərə səslənərək 9 oktyabr prezident seçkilərində dövlətçilik maraqlarını qorumağa, İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Birliyin müraciətində əsas diqqət İlham Əliyevin yürütdüyü gənclər siyasətinə diqqət çəkilir, bu siyasətin ölkəyə və gəncliyə böyük uğurlar gətirdiyi qeyd olunur. "Almaniya Azərbaycanlı Gənclər Birliyi"nin üzvləri inanır ki, Azərbaycan xalqının taleyinihəll edəcək prezident seçkiləri günü - 2013-cü il oktyabrın 9-da azırbaycanlılar doğru seçim edərək ölkənin taleyini yenidən İlham Əliyevə həvalə edəcəklər.