BDM İlham Əliyevi dəstəkləyir

Beynəlxalq Diaspora Mərkəzi oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevə dəstək nümayiş etdirəcək. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə açıqlamanı Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev verib. Mərkəz rəhbəri bildirib ki, səsvermə günü BDM üzvləri İlham Əliyevə səs verəcəklər: "İnanırıq ki, xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları və diaspor təşkilatlarının təmsilçiləri də oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklər. Diaspor təşkilatlarının yaydıqları dəstək bəyanatları bunu deməyə əsas verir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00