Avropa azərbaycanlıları prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir

 Avropa Azərbaycanlıları Konqresi Avropada yaşayan Azərbaycan icması adından müraciət yayıb. "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə.  dünyanın 28 ölkəsində 50-dən artıq Azərbaycan diaspor təşkilatını birləşdirən konqres dünya azərbaycanlılarına müraciət edərək qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Müraciətdə deyilir ki, Azərbaycan Respublikası keçən beş il ərzində həyatının bütün sahələrində həqiqətən böyük inkişaf yolu qət etmişdir. Bu inkişafın bəhrəsi bizlər Avropada yaşayan azərbaycanlılar üçün xüsusilə qiymətlidir. Daha sonra müraciətdə bildirilir ki, Qərb və Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq Avropa məkanına inteqrasiyanın ilkin mərhələlərini uğurla keçib. Avropanın Azərbaycan icmasının müraciətində son 10 ildə xaricdə yaşayan soydaşlarımızla bağlı, lobbiçilik sahəsində görülən işlər və əldə edilən effektiv nəticələr xüsusi vurğulanır.

Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresi 2004-cü ildə Almaniyanın paytaxtı Berlində təsis edilib. Təşkilat Rusiya, Ukrayna, Belarus, Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya, Almaniyadakı və Avropa ölkələrindəki Azərbaycan icmalarını birləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00