Qırğızıstanda yaşayan Azərbaycan vətəndaşları qarşıdakı prezident seçkilərində iştirak edə biləcəklər

Qırğızıstanda yaşayan Azərbaycan vətəndaşları qarşıdan gələn prezident seçkilərində səs verə biləcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Qırğızıstan Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Məlumatda bildirilir ki, prezident seçkiləri günü Azərbaycan vətəndaşları üçün ölkə səfirliyinin binasında seçkilərin təşkil olunması məsələsi Qırğızıstan MSK-nin rəhbəri Tuyqunaalı Abdraimovla Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun görüşü zamanı müzakirə edilib.

Məlumatda bildirilir ki, görüşdə Azərbaycanda prezident seçkilərinə hazırlıq və onun keçirilməsi məsələləri müzakirə edilib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00