“Prezidentliyə namizədlər Azərbaycanın gələcəyi ilə bağlı heç bir öhdəlik götürməyiblər”
3 Oktyabr 2013 13:55 Siyasət"Prezidentliyə namizədlər sivil qaydada mübarizə aparmalı, təbliğat-təşviqat kampaniyalarını mədəni şəkildə həyata keçirməlidirlər". Bunu deyən millət vəkili, İnsan Hüquqları İnstitunun rəhbəri Aida Mustafayevanın sözlərinə görə, namizədlərin hər biri öz proqramı ilə çıxış etməli, millət qarşısında hansı məsuliyyəti götürəcəkləri barədə danışmalıdırlar: "Təbliğat kampaniyası bir-birinə qara yaxmaqla aparılmamalıdır. Namizədlərdən hansının konkret proqramı var? Hansı çıxışında qeyd edib ki, "mən bu işi İlham Əliyevdən yaxşı edərəm"? Yaxud Azərbaycanın beynəlxalq nüfuzunu qaldıracaq, iqtisadiyyatını daha da dirçəldəcək? Heç bir namizəd üzərinə belə bir öhdəlik götürməyib. Nəzərə almaq lazımdır ki, bütün sahələrdə insan hüquqlarının həddi var. Yaxşı olardı ki, namizədlər bir-birlərini təhqir etmək əvəzinə konkret proqramlarından danışsınlar". OLAYLAR