“Prezidentliyə namizəd deputatların parlamentdə yeri görünür”
3 Oktyabr 2013 13:52 Siyasət"9 oktyabr tarixində Azərbaycan xalqı məsuliyyətli və həyəcanlı bir gün yaşayacaq". Bunu deyən millət vəkili Etibar Hüseynovun sözlərinə görə, şübhəsiz ki, o gün Azərbaycan xalqı öz müdrikliyini göstərəcək və doğru seçimini edəcək: "Bildiyimə görə, bu seçki marafonuna bizim beş həmkarımız da qatılıb. Onların namizədliklərinin qeydə alınaraq çox uğurlu seçki kampaniyası aparmaları münasibətilə təbrik edirəm. Çünki onlar seçkilərdə həm də deputatları təmsil edirlər. Özü də bu təmsilçiliyi layiqli şəkildə həyata keçirirlər. Bununla yanaşı, çox istərdim ki, onlar tezliklə seçki kampaniyalarını başa vurub sıralarımıza qayıtsınlar. Həqiqətən də parlamentdə onların yerləri görünür". OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00