Deputatlarımız Belçikaya səfər ediblər

Milli Məclisin deputatları Fuad Muradov, Çingiz Əsədullayev və Asim Mollazadə  Belçikanın paytaxtı Brüsselə səfər edib. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, millət vəkilləri burada keçiriləcək "Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?" adlı seminarda iştirak edəcəklər. Avropa Parlamenti tərəfindən təşkil olunmuş tədbirdə deputatlarımız mövzu ilə bağlı öz fikirlərini açıqlayacaqlar.
Səfər oktyabrın 5-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00