"Onların sosial bazası yoxdur" - MİLLƏT VƏKİLİ

Seçki kampayası davam edir və Milli Şura da seçiciləri ətrafına toplamağa, öz təbliğatını aparmağa çalışır. Lakin bu çağırışlar heç də gözlənilən nəticələri vermir. Hər dəfə Milli Şuranın görüş mitinqlərinə az sayda adam qatılır.Məsələnin səbəbini millət vəkili, professor Musa Qasımlı Milli.Az-ın əməkdaşı ilə söhbətində belə izah etdi:"Milli Şuranın toplantılarına seçicilərin az gəlməsinin bir sira səbəbləri var. MŞ-ya daxil olan siyasi partiyalar və ayrı-ayrı şəxslər özlərini xalqın gözündən düşürüblər. Onların sosial bazaları yoxdur. Xalq artıq boş vədlərdən usanıb. Seçki kampaniyasını tənqid söyüş və böhtan üzərində qurmaq heç bir xeyir vermir. Ötən seçkilərin təcrübəsi bunu təsdiq etdi. Bu il də müxalifət biabırçı məğlubiyyətə uğrayacaq". Onun sözlərinə görə, sosial bazanın yoxluğu, proqram və layihələrin olmaması ucbatından Milli Şura bu seçkilərdə uduzacaq. "Azərbaycan seçicisi artıq 80-90-ci illərin seçicisi deyil. Azərbaycan seçicisi sabit və davamlı inkişafa səs verəcək", - millət vəkili vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00