Rəsul Quliyevdən Cəmil Həsənliyə şok sözlər: "Ay kişi, kimdi sənə səs verən?! Vallah, multfilmsiniz!" VIDEO
3 Oktyabr 2013 13:45 SiyasətAzərbaycanda prezident seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsindəki qarşıdurma və toqquşmalar sürətlə artır. Belə ixtilafların biri də eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin Milli Şuradan prezidentliyə namizəd olan Cəmil Həsənli ilə bağlı tutduğu mövqedir. "Azərbaycan müxalifətinin vahid namizədi" kimi təqdim olunan Cəmil Həsənlinin özünün dediklərinə və tərəfdaşlarının israrlarına rəğmən, R.Quliyev bu şəxsi "cılız siyasətçi" sayır.C.Həsənlinin seçicilərlə görüşləri barədə isə ACP liderinin mövqeyi daha sərtdir. Milli.Az bildirir ki, müxalifətçilərin "bütün müxalifət qüvvələrini ətrafında birləşdirərək möhtəşəm mitinqlər keçirdiyi" deyilən Cəmil Həsənlinin tədbirlərini yarıtmaz sayan Rəsul Quliyev YouTube-dakı "TvKanal13"ə Skype ilə verdiyi müsahibəsində deyib: "Siz özünüz görürüsünz də... Mənim sizə deməyim gərək lazım olmaya ey... Siz özünüz onun cılızlığını gərək o dəqiqə hiss edəsiniz. Bilirsiniz, mən böyük mitinqləri demirəm və Cəmil Həsənlinin aksiyalarını böyük mitinqlərlə müzakirə etmək fikrində də deyiləm. Qonşu ölkələrdəki mitinqlərlə dediyim aksiyanı müqayisə edib nəticə çıxarmalısınız. Məsələn, Moskvada Navalnının təşkil etdiyi mitinq... Amerika açmaq gərək deyil. Navalnının keçirdiyi mitinqin panoramasını açın qoyun bu tərəfə, Azərbaycandakı mitinqin panoramasını qoyun bu biri tərəfə. Onda deyin: Navalnının mitinqdə 10-15 min nəfər varsa, Cəmil Həsənlinin görüşündə nə qədər vardı?!" R.Quliyev daha sonra Cəmil Həsənlinin seçicilərlə görüşlərini multfilm adlandırıb: "Vallah, o mitinq dedikləri birinci görüş də, ikinci də multfilmdi! Çıxış edənlər eyni, eyni sözlər. Bu yaramaz! Absolyut yaramaz! Belə mitinqlə uğur qazanmağı düşünmək əbləhlikdir! Bu, mümkün olan şey deyil. Eyni adamlar, eyni sözlər. Baxın da! Mulftilmdi!" Rəsul Quliyev sonda deyib: "Baxın, orada Cəmil müəllimin yanında duranlar rəyasət heyəti idi. Yəni danışanlar, aksiyanı təşkil edənlər. Deyilmi?! Deməli, o adamlar Cəmil Həsənlinin komandasıdır. Ay balam, ağlınızı başınıza yığın! O komandaya kim səs verər?! Ay kişi, 20 ildir o adamlara heç kim səs vermir, verə bilməz! Ona görə də yalandan danışmayın, vədlər verməyin. Axı anlaya bilmirəm ki, bu müxalifətin "hakimiyyəti udmaq şansı yaranıb?" Nə baş verib axı?! Heç nə! Əksinə, müxalifət daha da zəifləyib! Ona görə də multfilmdi".