Yekaterinburqdakı Azərbaycan diasporundan İlham Əliyevə dəstək
2 Oktyabr 2013 16:30 SiyasətPrezident seçkilərində İlham Əliyevə dəstək məqsədilə Rusiyanın Yekaterinburq şəhərində "Odlar Yurdum -Azərbaycan" adlı konsert keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasından Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahına daxil olan məlumatda belə qeyd edilib. Konsert oktyabrın 4-də Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasının təşkilatçılığı baş tutacaq. Tədbirin əsas məqsədi 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində Rusiyada yaşayan həmvətənlərimizin İlham Əliyevi dəstəklədiklərini nümayiş etdirməkdir. Konsertdə tanınmış müğənnilər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və digər incəsənət nümayəndələri iştirak edəcəklər.