Azərbaycanda 5 milyon 141 seçici var

Məzahir Pənahov: “Bütün seçicilərin normal səsverməsinə şərait yaradılıb”

Azərbaycanda  125 seçki dairəsi üzrə 5491 seçki məntəqəsində 5 milyon 141 seçicinin səsverməsi üçün şərait yaradılıb. "OLAYLAR"ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bununla yanaşı, xarici ölkələrdə seçki məntəqələri açılıb ki, bu da xaricdə yaşayan vətəndaşlarımızın səsvermədə iştirakının təmin olunmasıdır. Kiminsə adı seçici siyahısına düşməyibsə, şəxsiyyət vəsiqəsi ilə məntəqəyə gələrək, sənədini təqdim etdikdən sonra səsvermədə iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00