Seçkilərdə zəvvarlar da səs verə biləcək
2 Oktyabr 2013 16:25 SiyasətAzərbaycan zəvvarlarının Səudiyyə Ərəbistanda səs vermələri təmin olunacaq. "OLAYLAR"ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bunun üçün razılıq alınmaq ərəfəsindədir: "Zəvvarların səsvermədə iştirakı diqqət mərkəzindədir. Lakin Səudiyyə Ərəbistanının qanunlarına görə, rəsmi icazə olmasa, heç bir yerdə siyasi fəaliyyətlə məşğul olmaq olmaz. Səsvermə keçirilməsi ilə bağlı razılıq alınmaq ərəfəsindədir. Razılıq əldə olunsa, ziyarətdə olan şəxslər də səs verə biləcəklər"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00