MSK-nın Müstəqil Mətbuat Mərkəzi açıldı

Oktyabrın 2-də "Hilton" Oteldə Mərkəzi Seçki Komissiyası Müstəqil Mətbuat Mərkəzinin açılış mərasimini keçirdi. Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mərkəzin açılışının vacibliyi barədə danışıb. Bildirib ki, Azərbaycandakı siyasi stabillik, seçki məntəqələrində əlverişli şəraitin yaradılması və ölkədə seçkilərə hazırlığın səviyyəsi dünya ölkələrində nümunə kimi göstərilir. Əsas faktorlardan biri seçkilərin şəffaf, ədalətli, beynəlxalq standartlara uyğun keçirilməsidir. Bunun üçün, ilk növbədə cəmiyyət buna hazır olmalıdır.
MSK sədrinin sözlərinə görə, Azərbaycanda prezident seçkilərini izləmək üçün 40 mindən artıq müşahidəçi qeydə alınıb. Ölkədə 1300-dən artıq beynəlxalq müşahidəçi var və onlar çox nüfuzlu beynəlxalq qurumları təmsil edirlər. Azərbaycandakı seçkilər müşahidəçilərin iştirakı baxımından arzuolunan səviyyəyə yaxınlaşır.

Məzahir  Pənahov bildirib ki, səsvermə günü seçki prosesinin operativ izlənməsi üçün lazımi şərait yaradılıb. Bu prosesdə Müstəqil  Mətbuat Mərkəzinin yaradılması da vacib sayılır. Çünki, seçki günü Azərbaycanda seçki prosesini izləyən beynəlxalq və yerli müşahidəçilərin prosesi izləməsi, müasir texnologiyalardan istifadə etməsi vacibdir. Biz də bu şəraiti onlara yaratmalıyıq ki, həmin müşahidəçilər və media nümayəndələri bu imkanlardan yararlana bilsinlər."Seçki siyahıları neçə illərdir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib, mütəmadi olaraq təkmilləşdirilir. Bundan başqa, Müstəqil Mətbuat Mərkəzi ilə yanaşı, Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti də fasiləsiz fəaliyyət göstərəcək. Bu prosesdə kimin hansısa sualları varsa, mətbuat xidmətindən lazımi məlumat ala bilər.

Çıxışlardan sonra Müstəqil Mətbuat Mərkəzinin açılışı elan edildi.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00