Sosial şəbəkələr də seçki prosesində iştirak edəcəklər
2 Oktyabr 2013 14:49 Siyasət"Sosial şəbəkələrdə təbliğat seçki prosesindən əvvəl başlayır, seçki günü və sonra da davam edir". Bunu deyən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, bu proses bütün dünyada belədir: " Ancaq hesab edirik ki, sosial şəbəkələrin hələlik statusu olmadığı üçün seçkiyə 5 gün qalmış Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Yoxsa seçki günü sosial şəbəkə təmsilçisi seçki məntəqəsinə gəlib, seçkini müşahidə edəcəyini söyləyə bilməz". Məsələyə münasibətini bildirən Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov bildirib ki, əgər bu hal kütləvi xarakter alırsa və nəticəyə təsir edirsə, bunun qarşısı alınmalıdır: "Digər tərəfdən, yeməklə doymayan yalamaqla doymaz. Namizədlər də bunu nəzərə almalıdırlar. Sosial şəbəkələr də ortaya ədalətli mövqe qoymalıdırlar. İmkanları daxilində çalışmalıdırlar ki, xalqın, cəmiyyətin maraqlarına uyğun mövqe sərgiləsinlər".