İşğal olunmuş ərazilərdə narkotiklərin istehsalı faktı

İKT-nin narkotiklər və mütəşəkkil cinayətkarlıq üzrə əlaqələndirmə idarəsinə çatdırılıb

İqtisadi Əməkdaşlıq Təşkilatının Narkotiklər və mütəşəkkil cinayətkarlıq üzrə əlaqələndirmə İdarəsinin rəhbəri Hüseyn Pur-Kərəmi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunda görüş keçirilib. "OLAYLAR"-ın Dövlət Komissiyasına istinadən verdiyi məlumata görə, görüş zamanı İƏT-in narkotiklər və mütəşəkkil cinayətkarlıq üzrə əlaqələndirici məmurlarının 2013-cü ilin sonunda Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclasının tarixinin dəqiqləşdirilməsi, iclasın gündəliyi və digər zəruri məsələlərlə bağlı müzakirə aparılıb. İşçi qrupun rəhbəri Məzahir Əliyev ölkədəki hazırki narkotik vəziyyət, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi sahəsində ölkə prezidenti tərəfindən təsdiq olunmuş 2013-2018-ci illəri əhatə edən yeni Dövlət Proqramının əhəmiyyətindən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində narkotiklərin istehsalı, yayılması və sair problemləri qonağın diqqətinə çatdırıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00