Prezidentliyə namizədlərin debatı insidentsiz başa çatdı
1 Oktyabr 2013 21:06 SiyasətOktyabrın 1-də İctimai Televiziyada prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin növbəti debatı keçirilib. Debatda nanizədliyi qeydə alınmış namizədlər və yaxud onların nümayəndələri iştirak ediblər. Prezidentliyə namizədlər bir-birlərinə qarşı müxtəlif ittihamlar irəli sürsələr də debat əsasən insidentsiz başa çatıb. Namizədlər daha çox platformaları ətrafında danışmağa üstünlük verərək, prezident seçiləcəkləri tədqirdə görəcəkləri işlərdən danışıblar. Nə qədər maraqlı olsa da bu dəfə müxalifəti təmsil edən namizədlər öz çıxışlarını əsasən siyasi dialoqun və vətəndaş birliyinin bərqərar olması üzərində qurublar. OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00