Suriya XİN: “Suriyada daxili müharibə yoxdur...”

Vəlid Muallim: “Terrorçu qruplara silah və maddi dəstək verən Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin bu siyasəti davam etdiyi müddətdə Cenevrə sülh konfransı uğurlu olmayacaq”

"OLAYLAR" İA CNN telekanalına istinadən xəbər verir ki, BMT Baş Assambleyasının tribunasında çıxış edən Suriyanın xarici işlər naziri Vəlid Muallim "Suriyada daxili müharibə yoxdur, terrorizmə qarşı mübarizə var" deyə bildirib. Vəlid Muallim BMT-ni terrorçuları dəstəkləyən ölkələrə qarşı tədbir görməyə çağırıb. Muallim həmçinin Xan Əl Asal və digər bölgələrdə kimyəvi silahlardan istifadə edilməsini xatırladaraq beynəlxalq ictimaiyəti bölgədəki kimyəvi silahları aradan qaldırmağa çağırıb. Muallim Suriyanın beynəlxalq kimyəvi silah konvensiyasına qoşulduğunu xatırladıb və Suriyanın da BMT TŞ-nın qərarına əməl edəcəyini bildirib. Muallim kimyəvi silah istifadəsində müxalifəti günahlandırıb. Müxalifəti isə kimyəvi silahlarla region ölkələrinin təmin etdiyini iddia edir.

Vəlid Muallim: "Terrorçu qruplara silah və maddi dəstək verən Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin bu siyasəti davam etdiyi müddətdə Cenevrə sülh konfransı uğurlu olmayacaq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00