AMİP qurultay keçirəcək

Azərbaycan Milli İstiqlal Partiyası prezident seçkilərindən sonra növbəti qurultayını keçirəcək. Bu barədə məlumatı "OLAYLAR"-a partiyanın katibi Elşən Mustafayev verib. Bildirib ki, sayca on birinci qurultayda partiyanın yeni rəhbər strukturları formalaşacaq, bir sıra mühüm qərarlar qəbul ediləcək: "Azərbaycan Milli İstiqlal Partiyasının qurultayının prezident seçkilərindən əvvəl keçirilməsi nəzərdə tutulmuşdu. Qurultayda partiyanın seçkilərdə hansı formada iştirak məsələsinə də aydınlıq gətiriləcəkdi. Ancaq sonradan partiya seçkilərdə iştirak etməmək barədə qərar qəbul etdiyi üçün qurultayın vaxtı da ertələndi". Elşən Mustafayev qurultayda AMİP-in nizamnamə və məramnaməsində ciddi dəyişikliklərin olunacağını istisna edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00