Cəmil Həsənlinin seçicilərlə görüşü zamanı döyülən şəxslərin şikayəti araşdırılır

Prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüşü zamanı döyüldüyünü iddia edən iki nəfərin şikayəti əsasında araşdırma aparılır.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakinləri Polad Dünyamalıyev və Azər Əliyev sentyabrın 30-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət ediblər. Onlar bildiriblər ki, sentyabrın 29-da "Bakı" kinoteatrında prezidentliyə namizəd Cəmil Həsənli seçicilərlə görüşü zamanı onun fikrilərinə etiraz ediblər. Bunun qarşılığında görüş iştirakçıları onları döyüblər.
Hazırda şikayətçilərin ərizələri əsasında Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00