Əlaəddin Brucerdi: “İranın ABŞ-ın icazəsinə ehtiyacı yoxdur”
1 Oktyabr 2013 14:09 Siyasətİran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Brucerdi yerli mətbuata açıqlamasında bildirib ki, İranın uranın zənginləşdirilməsi üçün ABŞ-ın icazəsinə ehtiyacı yoxdur. Brucerdi qeyd edib ki, İran belə bir icazəni Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (MAQATE) alıb: "Nüvə Silahlarının Yayılmamasına dair Saziş də İrana uranın zənginləşdirilməsi hüququnu rəsmi şəkildə tanıyıb. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00