ABŞ prezidenti Barak Obamanın İran haqqındakı çıxışını təkzib etdi

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Rays Barak Obamanın İran barəsində səsləndirdiyi bəyanatı təkzib edib. Rays "CNN" telekanalına verdiyi müsahibədə bildirib ki, Obama İran tərəfinə uranın zənginləşdirməsi üçün razılıq verməyib. İran-ABŞ arasında münasibətlərin normallaşması məsələsinə münasibət bildirən Amerika rəsmisi qeyd edib ki, hələlik bu barədə açıqlama vermək tezdir. "ABŞ İrana uranın zənginləşdirilməsi hüququnu tanıyacaqmı" sualına Rays belə cavab verib: "Obamanın BMT Baş Assableyasının 68-ci sessiyasındakı çıxışının dəyişdirilməsi ABŞ-a qarşı qəsddir. Prezident orada İranın nüvə fəaliyyəti barədə danışmayıb". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00