Eşton: “İran hərəkətə keçməyə hazırdırsa...”

Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Ketrin Eşton Vaşinqtonda iştirak etdiyi bir toplantıda "Əgər İran hərəkət etməyə hazırdırsa, biz də hazır olmalıyıq" deyə bildirib. CNN kanalına istinadən bu barədə "OLAYLAR" xəbər verir. Ketrin Eşton İrana qarşı sanksiyalarla bağlı "Əgər onlar hərəkətə keçməyə hazırdırlarsa biz də hazır olmalıyıq. Ancaq onlar hazır olmadan biz hərəkət edə bilmərik. Onlar hərəkətə keçdi, hazır olduqlarını sübut etdilər" deyə bildirib. İranın nüvə proqramları ilə bağlı çox sürətlə hərəkət etmək istədiyini bildirən Eşton təxmin edilənin əksinə olaraq vaxtın uzun çəkə biləcəyini bildirib.

İran prezidenti Həsən Ruhaninin 3, yaxud da 6 aylıq razılaşma əldə etmək istəməsinin çətin olduğunu deyən Eşton texniki işlərin vaxt apardığını və ən azı 12 ay zamanın lazım olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00