Şarl Aznavurdan erməniləri qıcıqlandıracaq təklif

Erməni sənətçisi Şarl Aznavur Ermənistanda heç də birmənalı qarşılanmayan təkliflə çıxış edib. "OLAYLAR"-ın agos.com.tr-yə istinadən verdiyi xəbərə görə, sənətçi bildirib ki, Yerevan öz qapılarını İslam dinini seçən erməni diasporuna da açmalıdır. Prezident Serj Sərkisyanla keçirdiyi görüşdə də bu təklifi gündəmə gətirdiyini deyən Şarl Aznaur hələlik hökumətin bu istiqamətdə hansısa bir addım atmağa maraqlı olmadığını da söyləyib. Sənətçi onu da deyib ki, hazırda qondarma "erməni soyqırımı" məsələsini gündəmə gətirməkdən daha önəmli Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olmaqdır. Şarl Aznaur Türkiyəyə səfər etmək istədiyini də söyləyib və bu səfərin reallaşmasında Parisdə yaşayan türk yazar Nədim Gürselin ona kömək edəcəyini vurğulayıb.

Qeyd edək ki, sənətçinin bu açıqlaması erməni millətçiləri tərəfindən ciddi etirazla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00