“Suriyaya sərt sanksiyalar tətbiq oluna bilər” - Ərəstun Oruclu

“Bəşər Əsəd siyasi arenadan daha az itkilərlə getmək üçün bu məsələlərdə maraqlıdır”

Suriyadakı kimyəvi silahların məhvinə oktyabrın 2-dən başlanılacaq. Bu barədə məlumatı BMT-nin rəsmi nümayəndəsi Martin Nesirki də təsdiqləyib. Məsələyə münasibət bildirən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu hesab edir ki, BMT-nin Suriyada kimyəvi silahların məhv edilməsinə dair qəbul etdiyi qanun məsələnin diplomatik yolla həll edilməsi üçün atılmış addımdır. Ə.Oruclu bildirib ki, təşkilat ilk növbədə Bəşər Əsədi təhlükəli kimyəvi silahlardan təcrid etmək niyyəti güdür: "BMT-nin qəbul etdiyi bu qanun bütün güclər tərəfindən dəstəklənir. Rejimi açıq şəklildə dəstəkləyən dövlətlər də BMT-nin sessiyasında bu qanunun lehinə səs verdilər. Qurumun qərarı Suriyada marağı olan bütün güclər tərəfindən icra olunacaq. Çünki bunun arxasından sərt sanksiyalar gələ bilər. Qərarın icra olunmasına mane olunsa, Suriya ordusunun mövqelərinə hərbi zərbələrin endirilməsi qaçılmaz olacaq. Suriyanın kimyəvi silahlardan təmizlənməsi Əsəd üçün xilas yoludur. Bəşər Əsəd siyasi arenadan daha az itkilərlə getmək üçün bu məsələlərdə maraqlıdır. BMT-nin qərarı Suriya probleminin həll edilməsində ciddi rol oynayacaq". ("OLAYLAR "İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00