Düzəldi hər yaraq, qaldı bir bayraq

Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezidenti seçkiləri yaxınlaşdıqca Milli Şurada və ümumiyyətlə, müxalifət düşərgəsində emosional açıqlamalar, gərginlik, qarşılıqlı suçlamalar artır. Milli.Az bildirir ki, Milli Şuradan prezidentliyə namizəd olan Cəmil Həsənlinin Bakıdakı "Məhsul" stadionunda seçicilərlə görüşünün əvvəlində mahnı səslənməsi, ən başlıcası isə Milli Şuradakı partiyaların bir neçəsinin görüşə öz bayraqları ilə qatılması mübahisə mövzusuna çevrilib.AXCP və Müsavat ilə yanaşı, ALP və ADP arasındakı müzakirələrdə "bayraq məsələsi" də gündəmdə olub.
Əvvəlcədən əldə edilmiş razılaşmada C.Həsənlinin seçicilərlə görüşlərinə qatılanların əllərində yalnız Azərbaycan bayraqları tutmaları, bununla da "Cəmil Həsənlinin bütün Azərbaycan seçicilərinin maraqlarının, istək və niyyətlərinin təmsilçisi olmasının simvolizə edilməsi" nəzərdə tutulmuşdu. Fəqət, şakər pis məsələdir və müxalifətçilərin əksəriyyətində məhz öz təşkilatına mənsubiyyətin ön plana çəkilməsi adət olduğundan, görüşdə ən müxtəlif partiyaların bayraqları dalğalanırdı.
Bu isə təbii ki, nə prezidentliyə namizəd Cəmil Həsənlini, nə də Milli Şuranın üst düzəyindəki funksionerləri razı salmayıb.
Milli Şuradakı mənbələrin dediklərinə görə, "bayraq məsələsi" ciddi mübahisəyə də səbəb olub.
Hələlik bir qərar qəbul olunmayıb və ümumiyyətlə, çətin ki, həmin qərar ərsəyə gətirilsin.
Nə də olsa, müxalifət partiyaları üçün bayraq balaca məsələ sayılmır.
Birlikdən və əməkdaşlıqdan danışılsa belə...
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00