Milli Şurada itən 2 min manat axtarılır

Milli Şura heyətindəki çəkişmələrə maliyyə məsələsi də əlavə olunub

Mübahisələrin səbəbi siyasi fəaliyyət, xüsusilə də prezident seçkiləri öncəsində təşviqat və təbliğat məsələlərinin həlli üçün çox böyük sayılmayacaq məbləğ olsa da, əsəblər gərilib.  Məsələ 2 min manatla bağlıdır. Daha doğrusu, təqribən 2 min manat.  Milli Şuraya daxil olan partiyalardan birinin funksionerlərinin Milli.Az-a verdikləri məlumata görə, təşkilatdan prezident seçkilərinə namizəd qismində qatılmış Cəmil Həsənlinin seçicilərlə son görüşünün təşkilatına ayrılmış maliyyə ilə bağlı hesablamalarda 2 min manatlıq "problem" aşkarlanıb.  "Problem C.Həsənlinin seçki qərargahı ilə bağlı deyil: orada hesabat, məncə, dəqiqdir. Məsələ namizədə maliyyə dəstəyi verən insanlardan birinin yolladığı pulun ünvana çatdırılmamasıdır. O pulu kimin mənimsədiyini araşdırırıq", - mənbə söylədi.  2 min manatın adı olsa da, özü olmadığına görə, araşdırmaların davam etdiyi bildirilir. Milli Şura rəhbərliyində təmsil olunmuş şəxslər isə bu iddianın "puç və əsassız" olduğunu dedilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00