Azərbaycan müxalifəti Tbilisidə pul axtarır

Azərbaycanın müxalifət partiyalarından iki nəfərin hazırda Tbilisidə olduğu iddia olunur. Onların Gürcüstan patyaxtında yerli sağçı və monarxik qüvvələrin nümayəndələri ilə görüşlər keçirdikləri də bəllidir. Milli.Az-ın əldə etdiyi məlumatlara görə, görüşlərdə əsas müzakirə məqamı Gürcüstandakı iki müxalifət partiyasının Azərbaycandakı "silahdaş"larına maliyyə yardımları göstərməsi olub.  Hər iki ölkənin mövcud qanunvericiliyi yerli siyasi təşkilatların xaricdən maliyyələşdirilməsini və dəstəklənməsini yasaqladığı üçün belə maliyyə köməyinin qeyri-hökumət təşkilatları vasitəsilə rellaşdırılması nəzərdən keçirilmiş variantlardan biridir.  Cənubi Qafqazda fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının tam əksəriyyətinin mərkəzi ofislərinin Tbilisidə yerləşdiyini xatırlasaq, QHT-lər vasitəsilə Azərbaycan müxalifətindəki bəzi partiyalar və siyasi hərəkatların maliyyələşməsi çətin proses təsiri bağışlamır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00