Suriyadakı kimyəvi silahların məhvinə sabahdan başlanacaq

Suriyadakı kimyəvi silahların məhvinə sabahdan başlanacaq. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bunu BMT-nin rəsmi nümayəndəsi Martin Nesirki təsdiqləyib."Müəyyən edilmiş birgə əməliyyat sabah baş tutacaq" - deyə o bildirib.Bununla yanaşı, onun sözlərinə görə, kimyəvi silahlar üzrə BMT mütəxəssisləri Suriyadan qayıdıb və onların hesabatları oktyabr ayında hazır olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00