Deputatlar da prezident seçkilərindən danışdılar
Oktay Əsədov: “Azərbaycan xalqı müdrik xalqdır, o, öz sevimli prezidentini yenidən seçəcək”
30 Sentyabr 2013 16:56 SiyasətMilli Məclisin 2013-cü il payız sessiyası öz işinə dövlət himninin səslənməsi ilə start verib. Spiker Oqtay Əsədov qeyd edib ki, bu sessiyada dövlət büdcəsi və dövlət zərfinə daxil olan qanunları qəbul ediləcək: "Payız sessiyası prezident seçkilərinə təsadüfr edir. İnanırıq ki, Azərbaycan xalqı müdrik xalqdır, öz sözünü deyəcək. Öz sevimli prezidentini seçməklə inkişafa və tərəqqiyə səs verəcək".
Cari məsələlər üçün ayrılan vaxt ərzində deputat Sahib Alıyev söyləyib ki, Milli Məclisin yeni tərkibinin fəaliyyətindən üç il keçir: "Ötən müddətdə gördüm ki, konstruktiv tənqid parlamernt müstəvisəndə olan tənqiddir. Debatlara baxanda adamın ürəyi ağrayır. Bəlli olur ki, müxalifət niyə parlamentdən kənarda qalıb". Millət vəkili Elman Məmmədov isə diqqəti Azərbaycan dövlət himninə yönəldib: "Xahiş edirəm hüquqşünaslar bizə bir açıqlama versin. Dövlət himni səsləndirilərkən oxumaq lazımdır, ya yox? Əgər ehtiyac deyilsə, bu qadağan edilsin. Bildirilsin ki, onsuz da orada oxuyurlar". Çıxışında prezident seçkilərinə toxunan deputat Jalə Əliyeva bildirib ki, cəmi 9 gündən sonra prezident seçkiləri keçiriləcək: "Seçici ilə hər gün təmas imkanı olan deputat kimi deyim ki, seçicilər bu prosesə hazırdır və artıq sözünü deyib. Seçicilər bizimlə görüşlər zamanı qeyd edirlər ki, cənab prezidentin heç bir təbliğatçısına ehtiyac yoxdur. Çünki onun təbliğatçısı gördüyü işlərdir. Mən bunu sadəcə olaraq bu reallığı qeyd etməklə bunu bilmək istəyənlərlə istəməyənlərə xatırladıram". Deputat həmçinin Reklam haqqında qanunun qəbuluna şərait yaradılmasını təklif edib: "Biz reklam dilinin bərbad olmasından danışırıq. Deyirik ki, dil problemi var. Hətta dil polisinin yarasdılması haqqında danışılırdı. Mümkündürsə "Reklam haqqında" qanun bu sessiyanın iş planına daxil edilsin". Millət vəkili Gövhər Baxşəliyeva cəmiyyətdə balansın pozulması, demoqrafik problemlərin olmasına toxunub: "Getdikcə oğlan uşaqları daha çox doğulur. Bunun da səbəbi hamıya aydındır. Müşahidələr göstərir ki, tarazlıq hər gün pozulur. Bunun qarşısının alınması istiqamətdə ciddi addımlar atılmalıdır". Deputat Musa Qasımlı avtonəqliyyat sahəsində yaranan təhlükələrdən danışıb: " Bakıda benzin və digər təhlükəli maddə daşıyan avtomobillər saatlarla tıxacda olur. Bu haqda ciddi düşünmək lazımdır. Belə bir partlayış baş versə, şəhər təsərrüfatı və ətrafdakı avtomobillər, insanlar hansı təhlükə qarşısında qalar? Qabaqcıl ölkələrin təcrübəsinə əsasən belə təhlükəli maddələr adətən gecə vaxtı, nəqliyyatın az olduğu saatlarda daşınır. Bizdə yollar, körpülər mütəmadi inşa edilir. Ancaq 20 yanvar ərazisində tikilən körpünün altı maşın dayanacağına çevrilib. Burada partlayış olsa nələr baş verər? Hesab edirəm ki, aidiyyəti orqanlar bu haqda düşünməlidir". Deputat Qənirə Paşayeva isə fikri birinci qrup əlillərin sosial problemlərinə yönəltdi: "Bu yay Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəticələri açıqladıqdan sonra bir nəticə ortaya çıxdı. Prezidentin təşəbbüsü ilə fiziki qüsuru olan uşaqülarla bağlı böyük işlər görülür. Ötən parlamentdə hər iki valideynini itirən uşaqlar ödənişli təhsildən azad edildi. İndi birinci qrup əlillər ali məktəbə daxil olarkən ödənişi ödənməlidir. Bu çox çətindir, çünki bu qrup əlillərin əksəriyyəti imkansızdır. Məsələn, birinci qrup əlil Anar Nəbiyev universitetə daxil olub, amma ödənişi ödəyə bilmirdi. Belə gənclər çoxdur. Onlar xəstəliklərinə rəğmən oxumaq, cəmiyyətə inteqrasiya olmaq istəyirlər. Biz bu gənclərə dəstək olmalıyıq. Yaxşı olardı ki, birinci qrup əlilləri ödənişli təhsildən azad edək. Onların sayı elə də çox deyil". VHP sədri, deputat Sabir Rüstəmxanlı Azərbaycan dövlətinin milli atributlarına hörmətdən danışıb: "Dövlət atributlarına yanaşma ciddi olmalıdır. Milli dövlətin atributlarına münasibət əhəmiyyətlidir. Biz neçə illərdir soyad məsələsini qaldırırıq. Mən bilmirəm ki, dövlətin içində hansı qüvvə milli soyadların qəbuluna mane olur. Dünyanın hər yerində dövlət himnini oxunur. Oxumursunuzsa, heç olmasa dodağınızı tərpədin. Əgər xoşunuza gəlmirsə deyin ayrısını qəbul edək. Bu himn 20 il əvvəl yazılıb və qadınlar oxuyur. Bu boyda kişi ayağa qalxır, amma himni qadınlar oxuyur. Bu məsələlərə ciddi yanaşmaq lazımdır". AVP sədri, deputat Fəzail Ağamalı deputat həmkarını dəstəkləyib: "Dövlət atributlarına hörmət olunduğu kimi, vacib atributlardan biri olan prezident hüquqlarının müdafiə olunmasıdır. Konstitusiya belə bir qanunun qəbuluna əsas yaradır. Prezident də insandır, onun da hüquqları qorunmalıdır. Bu gün cəmiyyətdə 1990-cı ilin psixologiyası ilə yaşayanlar, zorla hakimiyyətə gəlmək istəyən qüvvələr var. Amma Azərbaycan xalqı 1990-cı ildə olan xalq deyil. Azərbaycan xalqı yenə də öz mövqeyini ortaya qoyacaq, prezident bir daha etimada layiq görüləcək". Daha sonra F. Ağamalı bəzi qanun layihələrinin parlamentin payız sessiyasının gündəliyinə salınmasını istəyib: "Xahiş edirəm ki, çoxuşaqlı ailələrin artım məsələsi ilə bağlı qanun qəbul edilsin və belə ailələr dövlət səviyyəsində dəstəklənsin. Eləcə də Bakı şəhərinin statusu müəyyənləşdirilsin. Bu yaxınlarda yağan yağış Bakıda ağır vəziyyət yaratdı. Demək mümkünsə kanalizasiya gölü yarana bilərdi. Bakının köhnə binalarında liftlər işləmir, ancaq cənab prezident bu sahəyə 10 milyon vəsait ayırıb. Eləcə də Bakının köhnə evləri JEK-lər tərəfindən idarə edilməsi mexanizmi var. Demək olar ki, həmin binalar üzərində jek baltası mövcuddur. İnsanlar ora müraciət etdikdə neqativ hallarla rastlaşır və hətta illik pul ödəyirlər. O cümlədən yeni tikilən binalardan da müxtəlif adlala pul alırlar. Bu kimi məsələlər deməyə əsas verir ki, Bakının statusu müəyyən edilməli, merlər seçkili olmalıdır". Spiker Oqtay Əsədov isə Fəzail Ağamalıya cavab verərək dedi ki, bu yağış üç aylıq norma qədər idi. Dünyanın heç bir yerində bunu hesablayıb təınzimləmək mümkün deyil". Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə qeyd edib ki, "Sosial müavinətlər haqqında" qanunda 5 uşaqlı analara xüsusi müavinətin verilməsi məsələsi nəzərdə tutlur. Sonra millət vəkilləri gündəlikdəki məsələlərin müzakirəsini davam etdiriblər.
Alim