Oktay Əsədov: ”Bəzilərinin üzərinə 3 yorğan atsan belə, eybi yenə görünəcək”
30 Sentyabr 2013 15:58 Siyasət"Prezidentliyə namizədlərin debatı hər kəsin öz səviyyəsini göstərir". Bunu deyən Milli Məclisin sədri Oktay Əsədovun zöslərinə görə, Azərbaycan demokratik və şəffaf seçki keçirməyə qadirdir: " Bəzilərinin üzərinə 3 yorğan atsan belə, eybi yenə görünəcək. Azərbaycan xalqı müdrik xalqdır və öz seçimini edəcək. Prezident İlham Əliyevə təbliğat lazım deyil. O, gördüyü işlərlə öz sözünü deyib. Buna baxmayaraq biz seçkilərdə fəal iştirak etməli və bütün dünyaya, Avropaya sübut etməliyik ki, Azərbaycan demokratik seçki keçirməyə qadirdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00