Vitsü-spikerdən təklif
Prezidentin şərəf və ləyaqəti qanunla qorunmalıdır
30 Sentyabr 2013 15:52 SiyasətVitse-spiker Ziyafət Əsgərov payız sessiyasında vətəndaşların şərəf və ləyaqətinin təhqir olunmasının qarşısının alınması haqqında qanunun qəbulunu təklif edib. \"Olaylar"İA\ O,bununla bağlı qanunvericiliyə ciddi dəyişikliklər edildiyini xatırladıb: "Şərəf və ləyaqət müdafiə olunmalıdır. Prezidentliyə namizədlərin çıxışına qulaq asanda adam məəttəl qalır. Bu adamlar 1992-ci ilin psixologiyası, İsgəndər Həmidovun məntiqi ilə seçkiyə gedirlər. Bu gün vəziyyət o həddə çatıb ki, prezident təhqir olunur. Prezident dövlət başçısıdır, Ali Baş Komandandır, İcra orqanının rəhbəridir, Azərbaycanı xaricdə təmsil edir. Ancaq biz prezidenti qoruya bilirikmi?" Onun sözlərinə görə, Konstitusiyanın 16-cı maddəsində qeyd olunur ki, prezident toxunulmazdır, şərəf və ləyaqəti qanunla qorunur: "Mən təklif edirəm ki, bu qanunu qəbul edək. Ümummilli lider Heydər Əliyev demişdi ki, haqqımda yazılanlara fikir vermirəm. Ancaq prezidentə bu qədər böhtan atmaq olmaz. Mən təklif edirəm ki, prezidentin şərəf və ləyaqətinin müdafiə edilməsi ilə bağlı payız sessiyasında qanun qəbul edək. Sizdən bu məsələdə dəstək istəyirəm".