Ermənilərin Qarabağ haqqındakı “Neytral ərazi” filmində azərbaycanlı hərbçilər aşağılanıb - TƏXRİBAT VIDEO
30 Sentyabr 2013 15:15 SiyasətErmənilər Dağlıq Qarabağ haqqında yeni film çəkiblər. Rejissor Artak Zilafyanın çəkdiyi film "Neytral ərazi" adlanır. Modern.az xəbər verir ki, filmdə erməni hərbçiləri guya, Qarabağ müharibəsi dövründə Azərbaycan girovluğunda saxlanılan silahdaşlarını azad etmək üçün xüsusi əməliyyat keçirirlər. Azərbaycanlı hərbçilərin zalım və qaniçən kimi təqdim edildiyi "Neytal ərazi"də hadisələr girovların azad olunması ilə nəticələnir.Dağlıq Qarabağda və Ermənistanda premyerası keçirilən film oktyabrın 2-də yerli ermənilərin köməyi ilə Rusiyanın Soçi şəhərində nümayiş olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00