Prezidentliyə namizəd deputatlar Milli Məclisin iclasına gəlmədilər
30 Sentyabr 2013 13:25 SiyasətBu gün Milli Məclisin 2013-cü il payız sessiyasının ilk iclası keçirilir. İclas artıq başlayıb. İclasda iştirak edən əməkdaşımızın verdiyi məlumata görə, prezidentliyə namizəd olan millət vəkillərindən yalnız Ümid Partiyasının sədri İqbal Ağazadə toplantıya qatılıb.
Namizəd kimi builki prezident seçkilərində iştirak edən millət vəkilləri Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Zahid Oruc, İlyas İsmayılov isə Milli Məclisin bugünkü iclasında gözə dəymirlər. Qeyd edək ki, Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, prezidentliyə namizədliyini irəli sürmüş millət vəkilləri iclaslarda iştirak etməyəcəksə, o zaman onlar yazılı şəkildə bunun səbəbini bildirməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00