Kommunistlər də İlham Əliyevə səs verəcəklər
30 Sentyabr 2013 12:42 SiyasətAzərbaycan Kommunist Partiyası prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə səs verəcək. Bu barədə AKP Mərkəzi Komitəsinin növbədənkənar plenumu keçirilib. Partiyadan "Olaylar"a verilən məlumata görə, Plenumda AKP MK üzvləri ilə yanaşı, partiya fəalları və komsomolçu gənclər də iştirak ediblər. Tədbirdə 09 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Azərbaycan Kommunist Partiyasının MSK tərəfindən qeydiyyatdan keçmiş prezidentliyə namizədlərdən hansına dəstək olacağı məsələsi müzakirə olunub. AKP MK sədri Rauf Qurbanov qeydiyyatdan keçmiş prezidentliyə namizədlərin hər birisi haqqında plenum iştirakçılarına ətraflı məlumat verib. Plenum iştirakçıları respublika üçün talehyüklü bir məsələni geniş müzakirə və təhlil etmiş, Azərbaycanda sülhə, əmin-əmanlığa, sabitliyə dəstklərini bildirərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyinə səs verəcəkləri barədə qərar qəbul edib.