Bugünkü mitinq iştirakçılarının sayı ilə bağlı- Rəsmi açıqlama
28 Sentyabr 2013 22:56 SiyasətBu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən daxil olan xəbərə görə, saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00