MSK İqbal Ağazadənin müraciətini əsassız saydı

Onun Ağstafa rayonunda təşviqat keçirməsinə müəyyən əngəllər olduğu deyilib

Mərkəzi Seçki komissiyasının (MSK) bu gün keçirilən iclasında çıxış edən Arifə Muxtarova bildirdi ki, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən dövlət və özəl kanallarda aparılan müraciətin nəticələri ilə bağlı müraciət daxil olub. Lakin daxil olunan müraciətin vaxtı bitdiyinə görə qəbul olunmayıb.
Digər bir müraciət İqbal Ağazədinin Ağstafa rayonunda təşviqat keçirməsinə müəyyən əngəllərin olması ilə bağlı səlahiyyətli nümayəndə Taleh Əliyev tərəfindən daxil olub. Təlimatın tələblərinə uyğun olaraq MSK araşdırma aparıb və bununla bağlı mötəbər sübutlar olmadığı nəzərə alınaraq əsassız olduğu müəyyən edilib.
MSK üzvü Akif Qubanov çıxış edərək bildirdi ki, şikayət edən salahiyyətli nümayəndə Taleh Əliyev çıxış etsin. Həmin şəxs çıxış edərək MSK-nı ittiham edib və bildirib ki, bu hadisənin qarşısında MSK durur.
Xatırladaq ki, Azərbaycan Respublikasında prezident seçkiləri oktyabr ayının 9-da keçiriləcək. Prezident seçkiləri hər beş ildən bir keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00