Xaricdə yaşayan soydaşlarımız İlham Əliyevə səs verəcək
BDM-in keçirdiyi rəy sorğusunun nəticələri belə deməyə əsas verir
27 Sentyabr 2013 17:47 SiyasətBeynəlxalq Diaspor Mərkəzi bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı xaricdə yaşayan soydaşlarımızın və diaspor təşkilatlarımızın seçkiyə və namizədlərə münasibətini öyrənmək üçün virtual sorğu keçirib. Mərkəzdən "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, sorğu 1200 nəfər arasında keçirilib. Respondentlərin 93 faizi oktyabrın 9-da ölkədə keçiriləcək seçkilərdən məlumatlı olduğunu, yalnız 7 faiz bununla maraqlanmadığını bildirib. Rəyi soruşulanların 84 faizi seçki marafonunu müsbət, 11 faizi mənfi qiymətləndirib. Sorğuda iştirak edən respondentlərin 84 faizi seçkilərdə İlham Əliyevə səs verəcəyini açıqlayıb. Onlardan 78 faizi seçimini belə əsaslandırıb ki, namizədlərdən yalnız İlham Əliyevin Azərbaycan diasporu ilə əlaqələri yüksək səviyyədədir və bu sahəni diqqətdə saxlayır.