Azadlıq Partiyası kimə dəstək verəcək?
27 Sentyabr 2013 16:55 SiyasətPrezident seçkilərində mübarizə aparmaq üçün namizədliyi qeydə alınmayan Azadlıq Partiyası yaxın günlərdə dəstək verəcək namizədin adını açıqlaya bilər. Bu barədə məlumatı "OLAYLAR"-a partiyanın sədri Əhməd Oruc verib. Bildirib ki, bir neçə dəfə sözügedən məsələ partiyada müzakirə olunsa da, yekdil qərarın qəbulu mümkünsüz olub: "Partiya üzvlərinin əksəriyyəti seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənliyə dəstək verməyimizi məqbul sayır. Mən və partiyanın bir qrup üzvü isə İlyas İsmayılova dəstək verməyi məqsədəuyğun hesab edirik. Onu da qeyd edim ki, partiya üzvlərinin əksəriyyəti Cəmil Həsənlinin seçicilərlə keçirdiyi son mitinqdə iştirak edib. Ancaq mən həmin mitinqə qatılmamışdım". Əhməd Oruc seçki gününə qədər partiyanın mövqeyinin cəmiyyətə açıqlanacağını mümkün hesab edib.