Seçici bülletenlərinin çapına başlanılır
27 Sentyabr 2013 16:05 SiyasətSentyabrın 28-də seçici bülletenlərinin çapına başlanılacaq. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verib. Bildirilib ki, bülletenlərin çap prosesi ilə MSK sədri Məzahir Pənahov da yaxından tanış olacaq. Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə baş tutan proses Milli Məclisin mətbəəsində reallaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00