MSK-ya 4915 onlayn müraciət daxil olub

Müraciətlərdən 375-i anonim olduğuna görə araşdırmaq mümkün olmayıb

İndiyə qədər MSK-ya 4915 onlayn müraciət daxil olub. ANS PRESS-in məlumatına görə, bunu MSK-nın katibliyinin seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib. Onun sözlərinə görə, daxil olan 4925 müraciətdən 4560-ı təmin olunub və bunlardan 375-i anonim olduğuna görə araşdırmaq mümkün olmayıb.
O, MSK-nın seçki gününə qədər hazırlıqlarından danışıb. Bildirib ki, MSK-nın yeni saytı yeni dizayn və formatda təqdim edilib. "Elektron hökumət portalına inteqrasiya edib. DSK-ların elektron marşurutları tərtib olunub. Məlumatlar növlərinə görə qruplaşdırılıb. Hər kəs e-mailini qeyd etməklə asanlıqla daxil ola bilər. 125 dairənin hər birində seçki mətəqələrinin yerləri göstərilib".
Sayta həmçinin seçici fəallığı haqqında da məlumatlar daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00