5274 seçki məntəqəsi dayanıqlı rabitə ilə təhciz olunub

MSK sədri rabitə naziri ilə veb-kameraların vəziyəti ilə tanış oldu

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla görüşüb. ANS PRESS-in məlumatına görə, görüşdə seçkiləri müşahidə üçün quraşdırılmış kameralar yoxlanılıb.

Prezident seçkiləri ilə bağlı MSK bir sıra layihələtr həyata keçirib. Bununla bağlı rabitə nazirinə məlumat verilib. Nazir müavini İltimas Məmmədov seçkilərin keçirilməsində istifadə olunan kameraların vəziyyəti ilə bağlı mıəlumat verib. Hazırda ilk dəfə olaraq 125 dairənin hamısında optik xətt vasitəsilə optik xətt çəkilib. "Bu sistem həmişəlik olaraq qalacaq. Dairələrdən görüntülən nümunə üçün təşkil olunub. Veb kameraların sayı 1000-ə çatdırılıb. bütün kameraların görüntülərini MSK-da izləmək mümkündür. Bəzi məntəqələdə isə HD görüntü quraşdırılıb".

5274 məntəqə dayanıqlı rabitə ilə təhciz olunub. Məntəqədə Naxçıvandan da Türkiyə və İran üzərindən kameralar vasitəsilə yayım yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00