Namizədlərin növbəti teledebatı insidentsiz ötüşdü

Bu gün  9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürən şəxslər İctimai Televiziyada ayrılmış növbəti pulsuz efir vaxtından istifadə etdilər. Namizədlərdən ilk olaraq İqbal Ağazadə çıxış etdi. Prezidentliyə namizəd ona ayrılmış 6 dəqiqəlik pulsuz efir vaxtından birdəfəlik istifadə edərək teledebatı tərk etdi. Daha sonra digər namizədlər növbə ilə seçki platformalarını açıqladı. Namizədlər bir-birinə qarşı ittihamlar irəli sürsə də, teledebat insidentsiz ötüşdü. Prezidentliyə namizəd Hafiz Hacıyev AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının sədri İsa Qəmbərlə yanaşı, prezidentliyə namizəd Cəmil Həsənliyə qarşı ittihamlar səsləndirdi. Sərdar Cəlaloğlu, Mais Güləliyev, Fərəc Quliyev, Qüdrət Həsənquliyev və digər namizədlər isə platformalarında sosial problemlərin həllindən danışdılar.    OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00