“Bu adamlarla üzülüşmək vaxtıdır”

AXCP funksioneri Pənah Hüseynlə Rauf Arifoğlunun Milli Şuradan çıxarılmasını istədi

"Yeni Müsavat" qəzetinin  baş redaktoru Rauf Arifoğlu ilə AXP sədri Pənah Hüseynin Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin vəkili təyin olunması AX CP-də narazılıq yaradıb. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı facebook sosial şəbəkəsində yazdığı statusda bu faktı üzüntü ilə qarşılayıb: "Gənc dostlar, Milli Şuranın üzvüyəm deyə, Rauf Arifoğlu ilə Pənah Hüseynin vəkilliyinə görə təəssüflərinizi, məyusluğunuzu mənə yazmayın. Bu adamlarla bərabər vəkil olmağı mən də sizin kimi qiymətləndirirəm. Qəti tərəfdarıyam ki, bu adamlarla bir "dəfəlik üzülüşmək lazımdır. Bu adamların vəkilliyini inanmıram ki, AXCP rəhbərliyi də istəsin. Ancaq nə edək? Biz koalisiya qurmuşuq, ümumi birlik naminə güzəştlər olur. Olan olub, bu adamlara vaxt ayırmaqdansa, diqqəti mitinqə, namizədimizin təbliğinə həsr edək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00