Abdulla Gül BMT-də Qarabağ münaqişəsinə toxunub VIDEO
"Biz işğal altındakı torpaqların mərhələli üsulla azad edilməsinin tərəfdarıyıq"
25 Sentyabr 2013 19:26 SiyasətNyu-Yorkda BMT baş assambleyasının 68-ci sessiyasıda çıxış edən Türkiyə prezidenti Abdullah Gül çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub. O, tərəfləri və beynəlxalq ictimaiyyəti münaqişəni sülh yolu ilə həll etməyə çağırıb. "Qafqazda ərazi bütövlüyü əsasında sülh şəraitinin bərqərar olunması səylərinə Türkiyənin dəstəyi davam edir. Biz işğal altındakı torpaqların mərhələli üsulla azad edilməsinin tərəfdarıyıq və regional iqtisadi əməkdaşlıq, inkişafa yönəlmiş geniş strategiya tövsiyə etmişik. Bunun regional sülh üçün güclü zəmin yaradacağına inanırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00