MSK "exit-poll" keçirən təşkilatları qeydə aldı
Bu gün MSK-nın növbəti iclası keçirilib
25 Sentyabr 2013 19:24 SiyasətBu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasın gündəliyinə məsələ daxil edilib. Əvvəlcə, iclasın protokolu tərtib olunub. MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda prezident seçkilərində "ELS" Müstəqil Araşdırmalar Mərkəzi İB-nin "exit poll" keçirmək üçün müraciətinə baxıldı. İclasda çıxış edən Akif Qurbanov bu təşkilatın hansı mənbədən maliyyələşməsinin araşdırılmalı olduğunu qeyd etdi. Müsbət qərar qəbul olundu. Mərkəz tərəfindən 1100 nəfər anket sorğusu aparmaq niyyətindədir. Bundan əlavə, 2013-cü il oktyabrın 9-a təyin edilmiş prezident seçkilərində "Sumqayıt gənclərinin hüquqi Maarifləndirilməsi" İB-nin "exit poll" keçirmək üçün müraciətinə baxılıb. İclasda çıxış edən Natiq Məmmədov, nizamnaməyə istinadən bu qurumun müraciətinin qanundan kənar olduğunu əsas gətirərək qeydiyyata alınmamasını tələb edib.
Akif Qurbanov buna etiraz edərək MSK-nı məsələyə ikili standartla yanaşmada ittiham etdi.
Sonda səs çoxluğu ilə təşkilatın qeydiyyatı qeydə alınmadı. İclasda çıxış edən Arifə Muxtarova bildirdi ki, Ədalət partiyasından olan 3 nəfərin vəkil kimi qeydiyyat üçün müraciət edib. 3 nəfər vəkil kimi qeydə alındı. Sosial Demokrat partiyası tərəfindən vəkil kimi 2 nəfər qeydə alındı.
MSK-nın bu gün keçirilən iclasında Komissiyaya daxil olan müraciətlərə baxıldı. Gülağa Aslanlı MSK-ya müraciət edərək bildirdi ki, C. Həsənlinin təşviqatını aparan şəxslərə polis müdaxilə edib. Həmçinn C. Həsənlinin görüşünə gələn şəxslərə polis mane olub. Daxil olmuş müraciət araşdırılıb və müəyyən edilib ki, müraciət təmin edilməlidir. Müraciət aidiyyatı qurumlara BŞBPİ-ə və gödərilməlidir.