Xalq Milli Şuranın namizədinə 1 faizdən artıq səs verməyəcək
25 Sentyabr 2013 17:43 Siyasət"Cəmil Həsənlinin namizədliyini Milli Şura ona görə irəli sürdü ki, 2013-cü il seckilərinin bütün günahlarını onunla bağlasınlar". Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a deyib ki, Cəmil Həsənlini öz günahlarının "qurbanı" hesab etmək olar: "Mən hec vaxt inanmıram ki, İsa Qəmbər prezidentlik arzusunu Cəmil Həsənliyə versin. Bunlar ümüd edirdi ki, Rusiya bunları hakimiyyətə gətirəcək və bunlar da vəsifə sahibi olacaqlar. Rusiyanın əlində təzyiq aparatına döndüklərini görəndən sonra Cəmil Həsənlinin arxasında gizləndilər". BAXCP rəsmisi hesab edir ki, xalq Milli Şuranın namizədinə 1 faizdən artıq səs verməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00