Deputatlarımız dəyirmi masada iştirak ediblər
25 Sentyabr 2013 17:41 SiyasətMilli Məclisin deputatları Asim Mollazadə və Fuad Muradov Belçikanın paytaxtı Brüsseldə "Azərbaycanda insan hüquqları: prezident seçkiləri ərəfəsində ifadə və sərbəst toplaşma azadlığı" mövzusunda keçirilən Dəyirmi Masada iştirak ediblər. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində deputatlarımız bir sıra görüşlər keçirmiş, Azərbaycan və Avropa parlamentləri arasında əməkdaşlıq məsələləri, qarşıda duran vəzifələr barədə söhbətlər aparıblar. Səfər sentyabrın 25-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00