Rusiya demokratik dövlətə çevrilir? - AÇIQLAMA
Ərəstun Oruclu: “Moskva çalışır ki, müəyyən qədər boşluq, sərbəstlik yaratsın, qismən azadlıqları təmin etsin”
25 Sentyabr 2013 14:10 Siyasət"Tədricən Rusiyanın sərt idarə olunan demokratiyasına nəfəs verilir" - Rusiyadakı vəziyyəti şərh edən "Financial Times" nəşri belə yazır. Jurnal qeyd edir ki, Kremlin bəyəndiyi partiyaların sırasına daxil olmayan müxalifət partiyalarının üzvlərinə yerli seçkilərdə iştirak, hətta qalib gəlməyə imkan verirlər: "Görünür hakimiyyət əsas qaydaları tətbiq etməklə müxalifətə yeni yanaşma müəyyən edir". Məsələyə münasibət bildirən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu hesab edir ki, Navalnının son keçirilən prezident seçkilərində iştirakına icazə verilməsi, onun həbsdən azad olunması onu göstərir ki, Rusiya artıq müəyyən normalarla hesablaşmağa başlayıb. Ə.Oruclu bildirib ki, bunların Rusiyada demokratiyanın dirçəlməsi kimi dəyərləndirilməsi düzgün olmazdı: "Lakin Kreml artıq başa düşür ki, cəmiyyəti uzun müddət ənənəvi çərçivədə sıxıb saxlamaq mümkün olmayacaq. Rəsmi Moskva çalışır ki, müəyyən qədər boşluq, sərbəstlik yaratsın, qismən azadlıqları təmin etsin. Rusiyada demokratiyanın dirçəlməsini zaman göstərəcək". ("OLAYLAR" İA)