Ləyaqətsizliyin anatomiyası: Əlikram Hümbətovun Yerevan macərası
25 Sentyabr 2013 13:11 SiyasətÖzünü separatçı "Talış-Muğan Respublikası"nın "prezidenti" elan etmiş Əlikram Hümbətov Yerevanda səfərdədir. Əlikram Hümbətov Yerevan Dövlət Universitetinin İranşünaslıq Kafedrasında talışşünaslıq üzrə magistr proqramının açılışında iştirak edib. Milli.Az "BBC Azərbaycanca"ya istinadən bildirir ki, kafedra müdiri Qarnik Asatryan qonağı "Talış-Muğan Respublikasının prezidenti" kimi təqdim edib. Ermənilər Ə.Hümbətovu əl çalaraq qarşılayıblar.
O, BBC əməkdaşının azərbaycanca sual vermək cəhdini rədd edib. "Lragir.am" informasiya saytının məlumatına görə, Ermənistana səfəri çərçivəsində Əlikram Hümbətovun Ermənistan ictimai, siyasi və elmi dairələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
Bundan başqa, onun iki gün Dağlıq Qarabağda olacağı, Xankəndidəki universitetdə çıxışı planlaşdırılıb.
Xatırladaq ki, Əlikram Hümbətov Azərbaycan vətəndaşlığından çıxarılıb və hazırda Hollandiyada yaşayır.